Qıl, səba, könlüm pərişan olduğun cananə ərz
Qıl, səba, könlüm pərişan olduğun cananə ərz, Surəti-halın bu viran mülkün et sultanə ərz.
Dərhəm olmuş sünbülün guya ki, qılmışdır ona Mu-bə-mu hali-dilim, dillər uzadıb şanə ərz.
Təndə canım bir pərinindir, əmanət saxlaram Ol zamandan kim, əmanət qıldılar insanə ərz.
Xəlq küfr əhlinə iman ərz edər, mən dəmbədəm Küfri-zülfün eylərəm köksümdəki imanə ərz.
Surəti-bican ilə cənnət dolar bütxanə tək, Qılsalar cənnətdə təsvirin çəkib qılmanə ərz.
Mün’imin ərzi-təcəmmüldür işi fəqr əhlinə, Nola gər dil qılsa hər dəm dərdi-eşqin canə ərz.
Ey Füzuli, böylə pünhan tutma əşki-alini, Eylə hər rəngilə kim, var ol güli-xəndanə ərz.
Lüğət: Təcəmmül – bəzənib düzənmək, zinətlənmək