Qibleyi-iman göründü sən büti-əyyarədən
Qibleyi-iman göründü sən büti-əyyarədən, Afərin olsun, səni nə xoş yaratmış yarədən?
Qanğı bürcün yıldızısan, ey mələk, bilsəm səni, Mənzilin rəf’ oldu yüz min kövkəbi-səyyarədən.
Başıma çıxdı xumarı layəzali xəmrin uş, Vəhdətin peymanəsin çün içmişəm xümmarədən.
Çün bəyaz ilə səvadın vahid oldu illəti, Laşərik olmaq dilərsən, keç bu ağü qarədən.
Yarəb, ol qəmzən oxun min yerdən artıq yemişəm, Aşiq oldur ki, qayıtmaya yedigi yarədən.
Yanağın şəm’inə hüsnü Yusifin pərvanədir, Çox könüllər yəğmalandı sən üzü mehparədən.
Işvəsindən fitnələr xətm oldu şəhla gözlərin, Kimsənə hərfin oxumaz ayruq ol məkkarədən.
Şəm’inə çün yanmadı pərvanətək zahid sənin, Qoy anı, bağrı qatıdır çünki səngi-xarədən.
Sufiyi-pəşminəpuşun batini safi degil, Ol qaçan qurtarəsərdir nəfsini əmmarədən?
Vaqtına var, vaiza, qoyğıl məni öz halıma, Çarəni sən sana et, keç çarəsiz biçarədən.
Eşq mişkin zülfünün bağladı məni bəndinə, Hərzədir yel kimi gəzmək, nə bitər avarədən?
Çərx qaçan çarparə çaldı, mən ana çərx urmadım, Əlimə çarparə aldım, dönməzəm çarparədən.
Rühi-qüds oldu Nəsiminin həqiqət sözləri, Varlığın tərh etdi çünkim, kəndi çıxdı arədən.
Lüğət: Qanğı – Hansı; Kövkəb – Ulduz; Layəzal – Ölməz, əbədi; Xəmr – Şərab; İllət – Səbəb, xəstəlik; Ayruq – Ayrı B; Məkkarə – Məkrli qadın; Səng – Daş; Əmmarə – Əmr edən