Əsas məzmuna keç

Qəzəl

Qeyrə eylər bisəbəb min iltifat ol nuşləb

Məhəmməd Füzuli

1

Qeyrə eylər bisəbəb min iltifat ol nuşləb, İltifat etməz mənə mütləq, nədir bilmən səbəb?

Cövr olur adət qəzəb vəqti, nə adətdir bu kim, Cövrün az eylər mənə ol tündxu qılğac qəzəb.

Nola qəmzən fikri düşdisə dili-suzanimə, Zalimin gər olsa atəş mənzili, olmaz əcəb.

Dəmbədəm gər düşsə gözdən dürri-əşkim, vəchi var. Yaş uşaqlardır yetim, onlarda yox rəsmi-ədəb.

Cövri könlümdür çəkən, gözdür görən rüxsarını, Allah, Allah, kam alan kimdir, çəkən kimdir təəb.

Yar bidad eyləməz üşşaq fəryad etmədən, Hər necə ruzi müqəddər olsa, vacibdir tələb.

Mütrib, ağılatma sürudinlə Füzuli xəstəni, Seyli-əşkindən saqın, qopmaya bünyadi-tərəb.

Lüğət: Dürri – yetim – sədəfin içində tək bir dənə olan inci, misilsizürr; Kam – arzu; damaq, ağız; Tərəb – şadlıq

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.