Qeyr ilə yarım gəzir, gərdən çəkib bir qu kimi
Qeyr ilə yarım gəzir, gərdən çəkib bir qu kimi, Qalmışam viranələr küncündə mən bayqu kimi.
Zikr edərsəm gecələr ağzım sulanı zövqdən, Bir süreyni var o şuxun balişi-pərqu kimi.
Dürri-dəndanı qəmindən qətrə-qətrə göz yaşım Tiri-müjganı tutulmuş rişteyi-lölu kimi.
Mən deməm ki, içmədim mey sənsiz, ey namehriban, İçdim, amma ləblərindən ayrı, bir ağu kimi.
Sərvə derlər meyvə verməz, bəs nədir, ey sərvqəd, Pirəhəndən baş verib püstanların limu kimi?
Gözlərin ahuya bənzətdim, xəta etdim, o şux Aqibət məndən rəmidə oldu bir ahu kimi.
Yarələnmiş mixləbi-şəhbazi-çeşmindən məgər, Nalə eylər ruzü şəb miskin könül yahu kimi.
Ruyi-atəşnakın üstə zülfün oynar dəmbədəm, Löbət izhar eylər atəşbaz olan hindu kimi.
Sünbüli-zülfünlə ta ki mərhəm etdim zəxmimə, Bu verir hər gecə zəxmim bir güli-şəbbu kimi.
Seyyida, kilki-Müsəvvirdir əsayi-Musəvi, Sən ona hərgiz nəzirə söyləmə cadu kimi.