Əsas məzmuna keç

Qəzəl

Qeybi-mütləq sirrini əgərçi pünhan göstərir

İmadəddin Nəsimi

1

Qeybi-mütləq sirrini əgərçi pünhan göstərir, Aşikarə kəndözin bər vəchi-insan göstərir.

Gər dilərsən, görəsən həq üzünü eynəl-yəqin, Bistü-həştü sivü dü tə’vilü bürhan göstərir.

Üzü müshəf, xətti bismillah, xalı nöqtədür, Sözü rəhmanir-rəhim, məcmui-Qur’an göstərir.

Hazihi cənnati ədnin, fədxəluha xalidin, Sureyi-səb’ülməsani hurü qılman göstərir.

Qəm degil bər dar olur Mənsur, ənəlhəq çün dedi, Əcrinə buldu savabı, dərdə dərman göstərir.

Dürlü-dürlü don içində gördüm anı dəmbədəm, Şivə birlə külli-yövmin hüvə fiş-şan göstərir.

Əvvəl-axır, batinü zahir həqiqət halını Surətü mə’ni mana dər cism, dər can göstərir.

Gecə-gündüz zülmətü nuru cəlal ilə camal, Qəhrü lütfü aşiqə küfrü həm iman göstərir.

Vəslə vasilsən, qənimət dut, Nəsimi, bu dəmi, Gərdişi-çərxi-fələk nagah hicran göstərir.

______________________Milli Kitabxana_______________________

Lüğət: Eynəl – yəqin – Yəqin etmənin 2-ci (görmə) mərhələsi; Bistü – həşt – Iyirmi səkkiz; Bürhan – Dəlil, sübut; Müshəf – Kitab; Dar – Ev; Qəhr – Qəzəb

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.