Qətlimə xəncərlə qəsd etdi o türki-tündxu
Qətlimə xəncərlə qəsd etdi o türki-tündxu, Odlanırdım mən ətəşdən, mərhəmətlə verdi su.
Zövq alıb canlar ətirləndi nəsimi-vəsldən, Çün gəlib çatdı səfərdən ol qəzali-mişkbu.
Jalələr tək başıma yağdı məlamət daşları, Keçdi afət günlərim, oldu müyəssər arizu.
Can ola qurban ki, cövlani-səməndi-nazini Qaldırar şaxə məni gördükdə, manəndi-ədu.
Boş qalıb əfsanəsindən Qeysü Fərhadın cahan, Əhli-dünyaya yetişdi ta ki, məndən göftgu.
Başqa bir divanə mən tək gər fəna sərhəddinə Yetsə, axtarmış məni, əlbəttə, etmiş cüstcu.
Söylədim: tutmuş Füzulinin yolun göz yaşları Söylədi: çox yaxşı oldu, kuyimə düşməz yolu.