Əsas məzmuna keç

Qəzəl

Qətlimə meyl əgər ol dilbəri-növşad eylər

Seyid Əzim Şirvani

1

Qətlimə meyl əgər ol dilbəri-növşad eylər, Qəm əlindən qutarır, könlümü həm şad eylər.

Neçə illərdi qılıb silsileyi-zülfə əsir, Nə məni öldürür ol sərv, nə azad eylər.

Gər o Şirin ləbi-ləlini şəkərbar etsə, Gətirir şurə, cahan əhlini Fərhad eylər.

Mələkülmovt əgər qəmzənə şagird olsa, Az zamanda onu can almağa ustad eylər.

Afərin navəki-xunrizüvə kim, sinəmdən Çəkməgə cani-həzini, mənə imdad eylər.

Ta ki zülmün eşidib etməyələr meyl sənə, Sitəmindən, görə hər kimsəni dil, dad eylər.

Meyi-gülfamə dönən ol ləbi-ləlin həvəsi, Səni mey şürbünə ey müğbeçə, mötad eylər.

Seyyida, yar eşidib naleyi-zarimi dedi: Bu nə itdir ki, gəlib kuyimə fəryad eylər.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.