Qəsdi-can eylər, o fəttan gözlərin bidaddır
Qəsdi-can eylər, o fəttan gözlərin bidaddır, Bir kəbutər qəsdinə, guya iki səyyaddır.
Öldürür, gahi dirildir aşiqi qəmzən oxu, Türfə sahirdir ki, həm canbəxş, həm cəlladdır.
Ləhzə-ləhzə seyli-əşkim aləmə tufan salır, Ta qəmindən hər gözüm bir Dəcleyi-Bağdaddır.
Başın üçün, kəsmə məndən ey büti-bidadgər Cövrü zülmün kim, fərəhbəxşi-dili-naşaddır.
Ey məhi-namehriban, etməm təmənna vəslüvi, Bəs ki, könlüm möhnəti-hicranuva mötaddır.
Qıldı hicran qəsdi-can, cananə bilməz halımı, Lütf qıl, ey nalə, bu dəm kim, dəmi-imdaddır.
Yardən ta Seyyidi-müztər kimi düşdüm cüda, Həmdəmim əfğan, ənisim naləvü fəryaddır.