Əsas məzmuna keç

Qəzəl

Qəsd eləyib canımıza, aşiqə etməyin cəfa

Məhəmməd Füzuli

1

Qəsd eləyib canımıza, aşiqə etməyin cəfa. Eyləməyin cəfa əgər etməsəniz də siz vəfa.

Yoxdu yaman cəfa, bilin, dəhrdə intizardən, Ya bizə vədə verməyin, versəniz eyləyin əda.

Dosta yamanlıq etməyin, dostluğu möhkəm iş bilin, Dostluq edəndə gündə siz, dostluğu pozmayın daha.

Gözləməyin rəqibdən mehrü vəfanı, ummayın, Incitməsin rəqib üçün ta ki, vəfalı aşina.

Qəmzənizin oxu gərək xəstələrə nəsib ola, Fürsəti fövtə verməyin, eyləməyin siz heç xəta.

Saçdan açanda hər düyün qəlbə düyün vurursunuz, Allah üçün, ürəklərə siz bunu görməyin rəva.

Xətlə zülfü xal ilə eyləməyin Füzulini, Eşq bəlasinə əsir, möhnətə, dərdə mübtəla.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.