Qərqi-xunabi-dil etdi dideyi-giryan məni
Qərqi-xunabi-dil etdi dideyi-giryan məni, Onca qan tökdüm ki, bu rəng ilə tutdu qan məni.
Hər tərəf yüz qəm həlakim qəsdin etmiş, Tanrıçün Bir dəm ey gözdən axan xunabə, qıl pünhan məni.
Yox məcalim özgə gülrüxsarə sənsiz baxmağa, Eyləmiş hicri-rüxün öz halıma heyran məni.
Ruzi-hicr, ey gün, çəkib bir tiğ, minnət qoy mənə, Yoxsa minnətsiz həlak eylər şəbi-hicran məni.
Qərqi-xunab oldu cismi-xaksarim, ah, kim, Dürdvəş saldı ayaqlarə qəmi-dövran məni.
Pənbeyi-dağim nihan etmiş sərasər cismimi Kim, məlamət qılmaya hər kim görüb üryan məni.
Bir məhi-bimehrəyəm mail, Füzuli, yox əcəb, Qılsa hər yan, zərrə nisbət, çərx sərgərdan məni.
Lüğət: Xaksar – düşkün, xar