Əsas məzmuna keç

Qəzəl

Qəmzə peykanın gözün mən mübtəladən saxlamaz

Məhəmməd Füzuli

1

Qəmzə peykanın gözün mən mübtəladən saxlamaz, Sərf edər əhli-nəzər, nəqdin gədadən saxlamaz.

Dil nədir yanımda, çün qılmaz məni qəmdən xilas, Çəkmən ol tə’viz barın kim, bəladən saxlamaz.

Canə cismim ol xədəngi-qəmzədən olmaz pənah, Hiç cövşən kimsəni tiri-qəzadən saxlamaz.

Eşqdən bir dəm təni-suzanı dur etməz fələk, Vəh necə fanusdur, şəm’i həvadən saxlamaz.

Aləmi şeyda qılır, gər olsa gözdən həm nihan, Bir pərivəş kim, səri-zülfün səbadən saxlamaz.

Eylərəm bixud fəğan, gördükcə kuyin itlərin, Aşina razi-nihanın aşinadən saxlamaz.

Bisəbəb sanmın Füzulinin məlamət çəkdigin, Bixəbərdir, məşrəbin əhli-riyadən saxlamaz.

Lüğət: Peykan – ox; Xədəng – ox; Dur – uzaq; Vəh – aydınlıq, aşkarlıq; Məşrəb – xülq, xasiyyət

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.