Qəmzə peykanın çəkib hərdəm bizə, ey nuşləb
Qəmzə peykanın çəkib hərdəm bizə, ey nuşləb, Bisəbəb qan tökmək istərsən, nədir axır səbəb?
Vaiza, meykəşlərə daim qəzəbdir adətin, Qorx o gündən kim, sənə piri-müğan eylər qəzəb.
Eşqdə bidərdlər eylər təəccüb halıma, Yoxsa bu kişvərdə bir dərd əhli yoxdur, büləcəb.
Gözlərin, ey səngdil, sındırdı könlüm şişəsin, Məstlər bəzmində olmazmış müraati-ədəb.
Dəhr ara bir gül yetirdim, dərdi gülçin aqibət, Kamə yetdi bitəəb-əğyar, mən çəkdim təəb.
Gahü gər dil istəyir busə üzündən, vəchi var, Öz fəqirindir ki, quti-layəmut eylər tələb.
Mütriba, ləhni-hicaz ilə sürudun saz qıl, Ta Məhəmməd eşqinə Seyyid bu şəb etsin tərəb.