Qəmli axşamlarının yoxmu, ayüzlüm, səhəri
Qəmli axşamlarının yoxmu, ayüzlüm, səhəri? Qəmdən öldüm, hanı bəs mehrü məhəbbət əsəri?
Bu təəccüblü deyil, tək səni sevmiş ürəyim, Neyləyim, yoxdu sənin tək bütün aləmdə pəri.
Cismimə od vurub eşqin, könül avarə gəzir, Ev yanıb, qalmayıb ancaq odun əsla şərəri.
Çox könüllər aparıbdır, gözəlim, seyli-qəmin, Mən itən könlümü kimdən soruram, yox xəbəri.
Sanma xar göz yaşımı, mən bu vücud bəhrində Axtarıb tapmamışam böylə misilsiz göhəri.
Düşüb eşqin yoluna azdım, o rəna gözəlim Sorub axtarmadı, əfsus ki, bu xuninciyəri.
Eşq üçün çəkdi Füzuli nə qədər rüsvalıq, Kim deyir yoxdu bu yolda onun əsla hünəri?