Əsas məzmuna keç

Qəzəl

Qəmindən başə dün həsrət əlilə ol qədər urdum

Məhəmməd Füzuli

1

Qəmindən başə dün həsrət əlilə ol qədər urdum Ki, sübh olunca mürdə cismimi toprağə tapşurdum.

Büküldü qəddim, ahim yetdi xurşidə, saqın, ey dil Ki, möhnət oxunu peykanladım, qəm yayını qurdum.

Demin Məcnunə aşiq kim, başında quş yuva tutmuş, Mənəm aşiq kim, seyli-çeşmimi başımdan aşurdum.

Kəlamindən mürəttəb eylədi bürhani-isbatın, Nə sahib kəşfə ki, dürci-dəhanın sirrini sordum.

Təcərrüd seyrinə sayəmdən özgə bulmadım həmrəh, Təriqi-eşq içində çoxlarilə durdum, oturdum.

Həvayi-eşq sərgərdanı olmuş girdibadəm kim, Savurdum göylərə toprağmı hər qanda kim, durdum.

Füzuli, eşqə mühlik derdim, ol məhvəş inanmazdı, Bihəmdillah ki, can vermək təriqilə inandırdum.

Lüğət: Bürhan – dəlil, sənəd

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.