Əsas məzmuna keç

Qəzəl

Qəmi-hicrində mənə vermədi üz bir elə hal

Məhəmməd Füzuli

1

Qəmi-hicrində mənə vermədi üz bir elə hal Ki, görünsün, eşidilsin, eləsin dərk xəyal.

Hər saat, hər gün, hər ay, hər il olub eşqindən Həmdəmim qüssəvü qəm, ahü fəğan, dərdü məlal.

Kamımın əksinə dövran dolanır, vəchi odur, Istərəm vəsldən hicranı, fəraqından vüsal.

Səndən heç vəqt mənə olmadı kamımca cəvab, Nə cəvabın olacaqdır bunu etdikdə sual?

Qəminin zəhri həyatı mənə təlx etdi, nolar Ləblərindən süzəsən zəhrə dönən kamıma bal?

Həsrətəm vəslinə, eşqin, de görüm, dini nədir Ki, həram etdi mənə vəslini, əğyarə həlal?

Zəfdən bir tükə döndümsə, Füzuli, ancaq Qəlbimi bağlamaq ol zülfə mənə oldu məhal.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.