Qəmi-cananı bilənlər məni-nalanə yanar
Qəmi-cananı bilənlər məni-nalanə yanar, Aşina cövr eləyir, bax mənə biganə yanar.
Atəşi-qəlbimi pərvanə gətirsə dilinə, Yandırar qəlbimi şəmin necə pərvanə yanar.
Atəşin çoxdusa fanusun içində, ey şəm, Mən tək olmaz ki, şərarimlə mənim xanə yanar.
Qafil olma bu qədər ahim odundan, ey can, Uzaq ol sən bu gecə, çünki bu viranə yanar.
Göz yaşım qətrələrin məhv eləyir qəlb odu, heyf, Danə-danə bu ömür xərməni bax gör nə yanar.
Bir gecə söylədilər şəmi-rüxün ovsafın, Hər gecə indi könül atəşi-cananə yanar.
Dili-divanəyə qəmxar, Füzuli, yoxdur, Gecələr daği-qəmim bu dili-büryanə yanar.