Qəmdən öldüm, demədim hali-dili-zar sana
Qəmdən öldüm, demədim hali-dili-zar sana, Ey güli-tazə, rəva görmədim azar sana!
Iç meyi-nab ki, bağrından edər cümlə kəbab, Atəşi-eşq ilə üşşaqi-cigərxar sana.
Meyi-gülgündə degil nərgisi-məstin əksi, Qədəh olmuş, göz açıb, aşiqi-didar sana.
Arizin gül-gül edibdir meyi-gülgun tabi, Vəh ki, bir güldən açılmış neçə gülzar sana.
Bağə seyr et bu rüxi-lə’l ilə kim, qönçəvü gül Göstərə xuni-dilü dideyi-xunbar sana.
Der idim qamətinə sərv, vəli özgə imiş Hərəkatü rəvişü şivəvü rəftar sana.
Əgilib tərfi-binaguşinə, dərdi-dilimi Ya o tağın deyə, ya türreyi-dəstar sana.
Mən giriftarinəmü fitnədən olman azad, Hiç kim olmasın, ey şux, giriftar sana.
Lə’li-nabin həvəsi bağrımı qan eylədigin, Ah kim, qanlı yaşım qılmadı izhar sana.
Ey Füzuli, fələkin var səninlə nəzəri Kim, qəmü möhnətini verdi nə kim var sana.
Lüğət: Ariz – yanaq; başvermə, meydana çıxmaq; şikayətçi; Gülgun – gül rəngli, gül üzlü; Vəh – aydınlıq, aşkarlıq; Xuni – qanlı, qatil