Qəm yolunda diləsən kim, ola bir yar sənə
Qəm yolunda diləsən kim, ola bir yar sənə, Ey könül, cam götür kim, ola qəmxar sənə
Bu biyabanda gəzirsən yol azıb, sərgərdan, Yol taparsan, ola gər bəxt həvadar sənə.
Göz yaşı boğdu bizi, ey dayanan sahildə, Bizi qurtar ki, desin xəlq xilaskar sənə.
Istəyirsən yetəsən məqsədə, keç başdan sən, Yoxsa sevdalı başından yetər azar sənə.
Eşqdən hasilimiz göz yaşı olmuş, aşiq, Bəhri-qəmdən çatıb ol lölöyi-şəhvar sənə.
Minbər üstə özünü vəsf eləmə, ey vaiz, Kimsə təqlid eləməz, eyləmə israr, sənə.
Yar fərağında, Füzuli, ürəyin qan oldu, Bir əqiq qaş kimi istər edə isar sənə.