Qəm qılıncın eləyib cismimi sədparə mənim
Qəm qılıncın eləyib cismimi sədparə mənim, Güli-sədbərgi-bahari-qəmi-eşq oldu tənim.
Qanlı yaşla saralan çöhrəmə əskik baxma, Sarı, ya qırmızı olsam da, çəməndir vətənim.
Qanlı qəlbimlə dəm urdum ləbinin vəsfindən, Göstərir hali-dili-zarimi rəngi-süxənim.
Yoxsa ol zülfü qədü çöhrə, çağırma çəmənə, Bağiban, olsa da gər sünbülü sərvü səmənim.
Daha bundan belə tənha gərək eşqində olam, Kölgəmi çəkməyə çün tab gətirmir bədənim.
Kuhkəndən var əsər, məndən əlamət yoxdur, Əcəb, ondan daha rüsvalığım artıqdı mənim.
Gizlədirdimsə Füzuli kimi dərdi-dilimi, Saldı əfsanəyə eşqin məni, ey simtənim!