Əsas məzmuna keç

Qəzəl

Qəm diyarında əcəl peyki güzar etməz mana

Məhəmməd Füzuli

1

Qəm diyarında əcəl peyki güzar etməz mana, Yox sanıb varım məgər kim, e’tibar etməz mana.

Yar cövr etməz mana, əğyar tə’lim etmədən, Billah, əğyar eyləyən ehsanı yar etməz mana.

Dağıdır hər ləhzə rəxti-eyşimi ahim yeli, Qansı nahəq zülmdür kim, ruzigar etməz mana.

Eşq zövqilə xoşam, tərki-nəsihət qıl, rəfiq, Mən ki, tiryakimizacəm, zəhr kar etməz mana.

Çərxdən aşurmadan yadinlə ahi-atəşin, Qədr edib gərdun şərərdən zər nisar etməz mana.

Nəqdi-can taraci-qəmdən saxlamaq düşvardır, Eşq ta səngi-məlamətdən həsar etməz mana.

Yadi-lə’linlə Füzuli gözləyib rahi-ədəm, Var bir tədbiri, əmma aşikar etməz mana.

Lüğət: Rəxt – yatacaq, paltar; Kar – iş; Gərd – toz; Düşvar – çətin, müşkül. E; Səng – daş

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.