Əsas məzmuna keç

Qəzəl

Qəlbimin saz pərdəsi

Zəlimxan Yaqub

1

Qışın vaxtı keçib getdi, tut indi yaz pərdəsini, Xanəndə dost, aşıq qardaş, gəz xoş avaz pərdəsini.

Qarşıdan bir gözəl gəlir, yeli yengələr yıxacaq, Dinlə qəlbindən keçəni, işə sal naz pərdəsini.

Elə bilsin cənnətini yarın qədəmində tapıb, Hansı aşiq duya bilsə, o sərvinaz pərdəsini.

Olmasın eşqə qadağa, canımı verim sadağa, Allahım məndən almasın nəzir-niyaz pərdəsini.

Mən mizrabı neyləyirəm, Zəlimxana bəsdi nəfəs, O gözəlin əli çalsın qəlbimin saz pərdəsini.

2011, 28 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.