Qəlbimin dərdini mən istəmirəm yarə yazam
Qəlbimin dərdini mən istəmirəm yarə yazam, Bilirəm ki, oxumaz, gər ona səd barə yazam.
Kirpiyim misli-qələm, heyrət üzündən quruyar, Istəsəm vəsfin edib, ruyinə nəzzarə yazam.
Ayağın torpağı ilə qurula ol xəti kim, Qəlbimin qanı ilə səfheyi-rüxsarə yazam.
Qürbət eldə çürüdüm, ol xəti-mişkin gözəlim Demədi namə bir ol bikəsü biyarə yazam.
Həşrədək od çıxacaq daşdan, əgər qəmlərimi Iki sözlə daşa mən bikəsü biçarə yazam.
Unudar qisseyi-Fərhad ilə Məcnunu cahan, Möhnətü dərdi-dilim gər məni-avarə yazam.
Qəm bıçağilə, Füzuli, sümüyüm oldu qələm, Cövri-cananımı ta candakı tumarə yazam.