Qəlb pünhan olsa da, yüz qanlı peykan onda var
Qəlb pünhan olsa da, yüz qanlı peykan onda var, Açmamış bir qönçədir, gülbərgi-pünhan onda var.
Ləli-canbəxşin xəyaliylə yumulmuş gözlərim, Eylə zülmatə dönüb kim, abi-heyvan onda var.
Oldu sevdayi-səri-zülfünlə canım tük kimi, Gör düyünlənmiş neçə yüz dərdi-dövran onda var.
Bəhri-qəm girdabı çör-çöplə sərasər örtülüb, Vadiyi-eşqin budur, üşşaqi-heyran onda var.
Kirpiyin keçdi bədəndən, mən necə rahət olum? Eylə bir cism ilə ki, bir çırpınan can onda var.
Mən necə qəm çəkməyim dürci-dəhanından uzaq, Eylə bir hoqqam itib, yüz dərdə dərman onda var.
Yox Füzulidə səadət, olmasa canan qəmi, Yaxşı ki, getdikcə artan dərdi-canan onda var.