Qəddi-balana baxanda bir bəla gördüm səni
Qəddi-balana baxanda bir bəla gördüm səni, Valeh oldum, harda mən, ey dilrüba, gördüm səni.
Sevgilim, səndən cəfalər tifl ikən az görmüşəm, Novcəvan oldun, bütün cövrü cəfa gördüm səni.
İndidən öyrənmədin sən bivəfalıq rəsmini, Gördüyüm gündən elə mən bivəfa gördüm səni.
Keçməyəydim kaş, ey gül, xaki-kuyindən sənin, Dün neçə biganə ilə aşina gördüm səni.
Oldun, ey zalim könül, pabəndi dami-zülfünün, Şükrlər kim, bir bəlayə mübtəla gördüm səni.
Görməyindən olmadı hərgiz könül şad, ey rəqib, Ancaq ol saət ki, canandan cüda gördüm səni.
Gər deyilsənsə, Füzuli, aşiq, ağlar gözlə mən Kuyi-cananda nədən sübhü məsa1 gördüm səni.