Qəd ənarəl-eşqə-lil-üşşaqi minhacəl hüda!1
Qəd ənarəl-eşqə-lil-üşşaqi minhacəl hüda!1 Saliki-rahi-həqiqət eşqə eylər iqtida.
Eşqdir ol nəş’eyi-kamil kim, ondandır müdam Meydə təşviri-hərarət, neydə tə’siri-səda.
Vadiyi-vəhdət, həqiqətdə, məqami-eşqdir Kim, müşəxxəs olmaz ol vadidə sultandan gəda.
Eyləməz xəlvətsərayi-sirri-vəhdət məhrəmi Aşiqi mə’şuqdən, mə’şuqi aşiqdən cüda.
Ey ki, əhli-eşqə söylərsən: məlamət tərkin et! Söylə kim, mümkünmüdür təğyiri-təqdiri-Xuda?
Eşq kilki çəkdi xət hərfi-vücudi-aşiqə Kim, ola sabit həq isbatında nəfyi-maəda.
Ey Füzuli, intihasız zövq buldun eşqdən, Böylədir hər iş ki, Həqq adilə qılsan ibtida.
Lüğət: Salik – yolçu; Təşvir – coşmaq, qaynamaq; Müşəxxəs – təşxis olunmuş, aydınlaşmış; Təğyir – döndərmək, dəyişmək; Təqdir – əvvəlcədən qərara alınmış; Kilk – qələm; İntiha – nəhayət, son, axır