Qəbrim daşinə kim, qəm odundan zəbanədir
Qəbrim daşinə kim, qəm odundan zəbanədir, Tə’n oxun atma kim, xətəri çox nişanədir.
Eylər qədəh zəmanə qəmin dəf’, qaliba, Dövri-qədəh müxalifi-dövri-zəmanədir.
Qaldırdı əşk dün məni ol asitanədən Kim, məqsədim mənim dəxi ol asitanədir.
Vaiz sözünə tutma qulaq, qafil olma kim, Qəflət yuxusunun səbəbi ol fəsanədir.
Nəzr etmişəm fəraqinə kim, yox nihayəti, Nəqdi-sirişkimi ki, tükənməz xəzanədir.
Can verməyimmi qürbətə kim, bimi-tə’nədən Yadi-vətən fəğanıma sənsiz bəhanədir.
Ey dil, həzər qıl atəşi-ahinlə yanmasın Cismim ki, dərd quşlarına aşiyanədir.
Məndən, Füzuli, istəmə əş’ari-mədhü zəmm, Mən aşiqəm, həmişə sözüm aşiqanədir.
Lüğət: Əşk – göz yaşı