Qəbr evinə o ki, bir şişə meyi-nab aparır
Qəbr evinə o ki, bir şişə meyi-nab aparır, Atəşi-düzəxi söndürməgə seylab aparır.
Abidin səhvini eyb etmə, qaşın şövqü ilə O qədər fikr qılır, əqlini mehrab aparır.
Güzərim kuyüvə düşcək ayağım toprağını Tutiya etmək üçün çeşminə, əshab aparır.
Şəbi-hicran müjələr tutmasa çeşmim önünü, Giryədən sübhə kimi aləmi seylab aparır.
Şərhi-zülfün gecələr Seyyidi qoymuş bidar, Gərçi əfsanə uzandıqca gözü xab aparır.