Əsas məzmuna keç

Qəzəl

Qəbayi-fəqrü fənadır qumaşi-faxirimiz

Şah İsmayıl Xətai

1

Qəbayi-fəqrü fənadır qumaşi-faxirimiz, Ğəriqi-badeyi-səhba libasi-zahirimiz.

Qapında nola məhü mehrə baş əgməz isəm, Fərazi-küngüreyi-ərşdir, şəha yerimiz.

Xudayə şükr, əcəb rahətü səfamiz var, Pür oldu dust ğəmindən dərunü zahirimiz.

Ğübari-dəhri-dənidən kədərpəzir olmaz, İmarət eylədi lütfin şikəstə xatirimiz.

Nola tökərsəm eşigində əşki-xunalud, Xətayi, simü zərə meyl edər əkabirimiz.

Lüğət: Badeyi – həmra – qırmızı şərab; Pür – dolu; Dərun – iç, ürək

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.