Əsas məzmuna keç

Qəzəl

Qatı müştaq idim sən məhliqayə

Şah İsmayıl Xətai

1

Qatı müştaq idim sən məhliqayə, Könül gördü gözün, düşdü xətayə.

Şu dəmdən kim, səni gördüm cəmalın, Giriftar olmuşam yüz min bəlayə.

Düşübdür ənbərəfşan kakilindən Sənin ta ol güli-həmranə sayə.

Mənim vayəmi ta verməzsən, ey dost, Salubsan aşiqi ah ilə vayə.

Xətalı qulunam, rəhm eylə, ey yar, Xətayini buraxmagil Xətayə.

Lüğət: Müştaq – istəyən, arzulayan; Giriftar – tutulmuş; Sayə – kölgə; Vayə – nəsib, pay, məqsəd

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.