Əsas məzmuna keç

Qəzəl

Qaşların eşq əhlinin sevdasın artırmış hər an

Məhəmməd Füzuli

1

Qaşların eşq əhlinin sevdasın artırmış hər an, Çün hilalın aşiqə sərməşqi-sevdadır, inan!

Gördü qəlbim qəddini, saldı məhəbbət ləlinə, Qəlbdən çəkdim məlamət, gözlərimdən axdı qan.

Qəlbimin çeşmim yoluyla tökdüyü qan seylini Sinəmin çakindən eylər gözlərim qəlbə rəvan.

Hər sevən qanlı ürəkdən yox lüzumu dəm vura, Qanlı göz yaşı onun öz halını eylər bəyan.

Zülfünün hər bir teliylə bağladım can riştəsin, Mən bu dönmüş taleyimdən qorxuram hər bir zaman.

Qoydusa hər kəs mənim bir pənbə daği-sinəmə, Yandı ol pənbə mənim bu daği-sinəmdən haman.

Ey Füzuli, mal üçün alçalma hər bir alçağa, Ali himmətlə uzaqlaş sən bu alçaq dünyadan.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.