Əsas məzmuna keç

Qəzəl

Qaşın vəhyi bizə bürhan irişdi

İmadəddin Nəsimi

1

Qaşın vəhyi bizə bürhan irişdi, Üzündə tə’vili-fürqan irişdi. Üzündür həq kitabı-vəhyi-mürsəl, Zəhi dövlət sana həqdən irişdi. Qaşınla kirpigin Turun dağında Necə bir Musiyi-Imran irişdi. Aşiq öz dərdinə çün buldu dərman, Həzaran hikməti-Loğman irişdi. Necə bir hikmət ilə tökdü qanın, Neçənin dərdinə dərman irişdi. Fənayi-mütləq oldum eşq içində, Əzəldən çün tənə ol can irişdi. Itirmə Misrini sən, ey Nəsimi, Bu Misrə Yusifi-Kən’an irişdi.

Lüğət: Bürhan – Dəlil, sübut; Mürsəl – Peyğəmbər; Zəhi – Afərin; Həzaran – Yüzlərlə

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.