Qarşudan dün gəldin, ey sərvi-rəvanım, sənmidin?
Qarşudan dün gəldin, ey sərvi-rəvanım, sənmidin? Zində qıldun uş bu cansız cismü canım, sənmidin?
Dün xəyal ilən pəri tək əzm qıldın suyi-mən, Bəs rəvan keçdin, əya ruhi-rəvanım, sənmidin?
Sirrimi pünhan edərdim xəlqə, çün gördüm səni, Xəlqə faş oldu qamu sirri-nihanım, sənmidin?
Munca eşqin bari çəkdi bu Xətayi cövr ilən, Sormadın bir qatla halın, pəhləvanım, sənmidin?
Lüğət: Dün – dünən, gecə; Rəvan – həyat, diri, axan, gedən, ruh, can; Zində – yaşayan, diri; Əzm – bir işə girişmək üçün edilən qəsd, qərar; Qamu – hamı; Sirri – əf’al – işlərin sirri; Nihan – gizli; Cövr – zülm