Əsas məzmuna keç

Qəzəl

Qara zülfinə boynun hindi düşdi

Şah İsmayıl Xətai

1

Qara zülfinə boynun hindi düşdi, Sənin sevgin könülə indi düşdi.

Əzəldən sevgini, var idi canda, Sən eylə sanmagil kim indi düşdi.

Tuti yarım durub bağçaya gəzər, Utandı sərv ağacı endi, düşdi.

Dilər dal boynuna don biçə xəyyat, Gözündən yaş ələndi, sındı, düşdi.

Bu gün ulaşdılar xublar xubanı, Bizə xublar xubanı rindi düşdi.

Nə qayğım var rəqibin fitnəsindən? Eşitdim quyu qazan kəndi düşdi.

Xətayi, sən güvənmə malə, gəncə, Neçələr malə, gəncə mindi, düşdi.

Lüğət: Dal – budaq, hərf adı; Xəyyat – dərzi; Xublar – gözəllər; Rind – xərabət əhli, kefcil adam; Kəndi – özü

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.