Qapından toz kimi bir an ayırsa cismimi yellər
Qapından toz kimi bir an ayırsa cismimi yellər, Başım əflakə də çatsa, könül kuyinə meyl eylər.
Ayağın öpməyin şövqilə, ey sərvi-rəvan, öldüm, Nolaydı, sən gedən yolda olaydım torpaq, ey dilbər.
Təbibim, ol pəri divanəni xoşlar, mənə rəhmət et, Əlac etmə, burax olsun cünun dərdim daha bədtər.
Yanardım ah odunda şam kimi bəzmi-fəraqında, Əgər islatmasaydı göz yaşım cismimi sərtasər.
O güldən kim, batar bu sinəmə yüz min tikan hərdəm, Rəvadır qönçə tək bağrım qanında qərq ola peykər.
Füzuli, can usanmışdır bədəndə həbs çəkməkdən, Çıxıb təndən, o sərvin başına dönmək, odur, istər.