Qansı mahin, bilməzəm, mehrilə olmuş zar sübh
Qansı mahin, bilməzəm, mehrilə olmuş zar sübh, Hər gün eylər xəlqə bir daği-nihan izhar sübh.
Batdı əncüm, çıxdı gün, ya bir əsiri-eşqdir, Tökdü dürri-əşki, çəkdi ahi-atəşbar sübh.
Nola gər əmvatə ehya versə sübhün dəmləri, Zikri-lə’lindir kim, eylər dəmbədəm təkrar sübh.
Bir müsəvvirdir ki, zərrin kilk ilə hər gün çəkər, Səfheyi-gərdunə nəqşi-arizi-dildar sübh.
Müjdə bir xurşiddən vermiş məgər badi-səhər Kim, nisar eylər ona yüz min düri-şəhvar sübh.
Aşiqi-sadiqdir, izhari-qəm eylər hər səhər, Ah ilə xəlqi yuxusundan qılır bidar sübh.
Ey Füzuli, şami-qəm əncamına yoxdur ümid, Bir təsəllidir sənə ol söz ki, derlər var sübh.
Lüğət: Əncüm – ulduzlar; Dürri – yetim – sədəfin içində tək bir dənə olan inci, misilsizürr; Atəşbar – od yağıdıran; Zərrin – qızıldan qayrılma; Kilk – qələm; Ariz – yanaq; başvermə, meydana çıxmaq; şikayətçi