Qansı gülşən gülbüni sərvi-xuramanınca var?
Qansı gülşən gülbüni sərvi-xuramanınca var? Qansı gülbün üzrə qönçə, lə’li-xəndanınca var?
Qansı gülzar içrə bir gül açılır hüsnün kimi, Qansı gül bərgi ləbi-lə’li-dürəfşanınca var?
Qansı bağın var bir nəxli, qədin tək barvər, Qansı nəxlin hasili sibi-zənəxdanınca var?
Qansı xuni sən kimi cəlladə olmuşdur əsir, Qansı cəlladın qılıncı tiği-müjganınca var?
Qansı bəzm olmuş münəvvər bir qədin tək şəm’dən, Qansı şəm’in şö’ləsi rüxsari-tabanınca var?
Qansı yerdə bulunur nisbət sənə bir gənci-hüsn, Qansı gəncin əjdəri zülfi-pərişanınca var?
Qansı gülşən bülbülün derlər, Füzuli, sən kimi, Qansı bülbülün sürudi ahü əfğanınca var?
Lüğət: Gülbün – gül ağacı; Bərg – yarpaq; Nəxl – xurma ağacı; Barvər – meyvəli, yemişli; Xuni – qanlı, qatil; Bəzm – qonaqlıq, kef məclisi; Sürud – nəğmə, oxumaq, melodiya