Qanlı göz yaşım sübut eylər, ciyər pürxun olub
Qanlı göz yaşım sübut eylər, ciyər pürxun olub, Bir deyən yoxdur nədən könlüm belə məhzun olub.
Tüklərim julidə oldu zülfünü görcək sənin, Çıxdı hər sevda başımdan, qəlb ona məftun olub.
Aşiqəm mən, bilmirəm lakin nədir sevdayi-eşq, Yox kamalı məncə, Məcnun bilsə gər məcnun olub.
Göz yaşımdan etmə nifrət, çəkmə gəl, damanını, Qan deyil bu, gül üzündən göz yaşım gülgun olub.
Mən neçin sərgəştəyəm atəşli ahimlə, məgər Bağlıyam əflakə, guya rəhbərim gərdun olub.
Gözlərim nuri məgər sərf oldu gül rüxsarinə Kim, onun nuri azalmış, hüsni-yar əfzun olub.
Gər əlin çatmış, Füzuli, vəsfinə ol qamətin, Ol səbəbdəndir ki, təbin daima mövzun olub.