Qanı ol günlər ki, keçdi dilbəri-əyyar ilən
Qanı ol günlər ki, keçdi dilbəri-əyyar ilən, Dilbəri-kafirnəhadü gözləri xunxar ilən?
Lövhəşəllah şol zaman yarım çıxa bimüddəi, Hər zaman könlümü ala şəkkərin göftar ilən.
Ta məni təqdiri-yəzdan eylədi səndən cüda, Didə giryan, sinə büryan, mən bu ahü zar ilən.
Barı həqqa, bir dəxi göstər mənə didarını, Yoxsa kafir oluban bel bağlaram zünnar ilən.
Yar yolunda gər ölürsəm, həq bilir, qayıtmazam, Qorxuram məndən dönübən yar ola əğyar ilən.
Ey pəripeykər, sənin eşqin mana olsun haram, Gər dəxi söhbət dutarsam sənsizin dəyyar ilən.
Ey Nəsimi, sən fələkin gərdişindən qəm yemə, Şadlıq ənduhiləndir, həm qızılgül xar ilən.
Lüğət: Əyyar – Zirək, hiyləgər; Şol – O; Yəzdan – Allah; Cüda – Ayrı; Didə – Göz; Giryan – Ağlar; Büryan – Yanmış C; Didar – Görüş; Zünnar – müsəlman dövlətlərində yaşayan xristianların bağladığı qurşaq; Dəyyar – Sakin; Xar – Tikan