Əsas məzmuna keç

Qəzəl

Qanı bir əhdü peymanı bütün yar

İmadəddin Nəsimi

1

Qanı bir əhdü peymanı bütün yar? Qanı bir qövlü gerçək, doğru dildar?

Qanı həqqi bilən bir gerçək ər kim, Ola doğru anın dilində göftar?

Qanı dil ilə iqrar eyləyən kim, Həqə yoxdur anın könlündə inkar?

Qanı bir incuyi-ari sədəf kim, Buluna anda min lö’löi-şəhvar?

Qanı Mənsurləyin bir əhli-həq kim, Asıla eşq içində başı bər-dar?

Qanı gerçəkləyin bir həqqə aşiq, Qanı görmüş həqi bir əhli-didar?

Qanı qəflət şərabından bir ayıq, Qanı əsrüklərin cəm’ində huşyar?

Qanı əhdində bir sabitqədəm kim, Qoyam adın anın doğru vəfadar?

Qanı sadiqlərin razına məhrəm, Qanı aşiqlərin rəncinə timar?

Qanı dünyada, yarəb, şol əmin kim, Kim, anda gizlənə min dürlü əsrar?

Yar ilə çünki bir oldu Nəsimi, Nə qəm, gər cümlə aləm olsa əğyar.

______________________Milli Kitabxana_______________________

Lüğət: Qövl – Qohum; Dil – Ürək; Dar – Ev; Didar – Görüş; Timar – Əlac; Şol – O; Əsrar – Sirlər

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.