Qamətinə əlif deyən gör nə uzun xəyal edər
Qamətinə əlif deyən gör nə uzun xəyal edər, Hər ki, dilər vüsalını, arizuyi-məhal edər.
Şol ala gözdən, ey könül, sana derəm ki, uş saqın, Uyxuda sanma ani, kim, uyxusu yoxdur, al edər.
Zülfünü xaki-rəh kimi saldı ayağı altına, Gör necə xəlqi-aləmin ömrünü payimal edər.
Üzünü göstər, ey sənəm, xəlqi-cahana pərdəsiz, Ta görələr ki, hər necə sün’ini bərkəmal edər.
Mülk ilə malü səltənət bir çöpə saymaz, ey könül, Kim ki, dilər vüsalını, ya tələbi-camal edər.
Üzünə, qaşına anın özümü bənzədəm deyib, Gah dönər ay bədr olur, gah özünü hilal edər.
Şərhi-qəmi Nəsiminin şol gözü qaşü saça sor, Gör necə hər biri sana şərhü bəyani-hal edər.
Lüğət: Şol – O