Qalsın nə vaxtadək belə pürğəm bu könlümüz
Qalsın nə vaxtadək belə pürğəm bu könlümüz? Olsun əsiri-türreyi-pürxəm bu könlümüz?
Geysulərin qəmində qoyubdur könül məni, Olsun o saçların kimi bərhəm bu könlümüz.
Sevdadə səbrdən söz açıb bəhs edir müdam, Qorxum budur ki, olmaya möhkəm bu könlümüz.
Gəl ki, fəraqın eylədi sədparə qəlbimi, Gəl, bəlkə bir qədər ola xürrəm bu könlümüz.
Çox kəsdi ülfəti bütün aləmdən, axiri Oldu bu cür yeganeyi-aləm bu könlümüz.
Torpaq olubdu bir mələyin asitaninə, Ümmid edir ki, ta ola Adəm bu könlümüz.
Təklikdə söhbət açma, Füzuli, o ləldən, Olsun bu vəch ilə sənə həmdəm bu könlümüz.