Əsas məzmuna keç

Qəzəl

Qalmadı qəlbimdə bir insanla söhbətçün həvəs

Məhəmməd Füzuli

1

Qalmadı qəlbimdə bir insanla söhbətçün həvəs, Məncə, bu dövranda bir həmsöhbət axtarmaq əbəs.

Zülmə bax bir, şəkkəristandan çəkilmişdir tamam Qəlb açan tutilər, ancaq qalmış orda bir məkəs.

Getdi badə, bu çəməndə qalmadı bir yasəmən, Axtarıb nərgis yerində sən görərsən xarü xəs.

Ney kimi sinəmdə vardır möhnətü qəmdən düyün, Söyləməkçün dərdimi yoxdur cahanda həmnəfəs.

Bəzmdən kəsmiş ayağın şahidi-məqsudimiz, Gözlərimlə qəlbimin məqsədinə yox dəstrəs.

Ruhu təndə qoymadı dəhrin bu sonsuz qəmləri, Qoymadı könlüm quşunda bir təhəmmül bu qəfəs.

Ey Füzuli, kəsmişəm zövqü səfadən meylimi, Təkcə yarın vəslinə qəlbimdə qalmışdır həvəs.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.