Qaliba bir əhli-dil toprağidir dürdi-şərab
Qaliba bir əhli-dil toprağidir dürdi-şərab Kim, qılıb hörmət, binalər dutmuş üstündə hübab.
Bərqü baran sanma kim, gördükdə ahü əşkimi, Bilməzəm nəmdir mənim, ağılar mənə, yanar səhab.
Ey soran halım, bu istiğına sualindən nə sud; Halım eylərsən sual, əmma eşitməzsən cəvab.
Dəşti-qəmdə xaki-qəbrim üzrə sərvi-girdbad Çəksə baş, ol sərvdən su kəsmə, ey seyli-sərab.
Yetməyib vəslinə sən Leylivəşin, bir ömrdür Mən kimi Məcnun olub səhrayə düşmüş afitab.
Ol büt əbrusin qoyub mehrabə döndərmən üzüm, Qoy məni, zahid, mana çox vermə Tanriçün əzab.
Nəqdi-ömrün bir sənəm eşqində sərf etdin təmam, Ey Füzuli, ah, əgər səndən sorulsa bu hesab!
Lüğət: Dürd – şərabın dibinə çökən torta, xılt; Hübab – suyun üzərində əmələ gələn qabarcıq, köpük; Baran – yağş; Səhab – bulud; İstiğına – vara qənaət etmə, nazlanma, ağr davranma; laqeydlik; Sud – fayda, qazanc; Sərab – miraj; Zahid – dünya işlərindən əl çəkərək ibadətlə məşğul olan adam