Əsas məzmuna keç

Qəzəl

Qaldı yollarda gözüm, gözlədim ol cananı

Məhəmmədəli Şəfai

2

Qaldı yollarda gözüm, gözlədim ol cananı, Gəlmədi, vədəxilaf oldu, sınıb peymanı.

Bu qədər türfə gözəllər məni məftun eləməz, Xəstə canım ola cananımın öz qurbanı.

Saralan çöhrəmin əhvalına dün baxdı təbib, Dedi: ləli-ləbi-canandır onun dərmanı.

Qəm yatağında yatan aşiqinin qeydinə qal, Qoyma hicran oduna yanmağa bu nalanı.

Yaradan tək yaradıb hüsnü vəcahətdə səni, Görməyibdir hələ dünya gözü sən tək canı.

Sinən üstə iki tər qönçə gülün aşiqiyəm, Gəl qəbul eylə olum güllü bağın bağbanı.

Arizə dostu Şəfai dedi gəl, badə içək Badədir yalnız edən rəf qəmi-hicranı.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.