Qadan alım, ay qara göz, sənə bu əda neçindir
Qadan alım, ay qara göz, sənə bu əda neçindir, Nə üzüqaralıq etdim, mənə bu iza neçindir?
Sənə al don yaraşır, niyə geymisən qəra sən, Məgər aşiqin ölübdür, sənə bu əza neçindir?
Yanağındı lalə nisbət, dodağın əqiq manənd, Bədənin səfidi-safi, bəs adın qara neçindir?
Mənə ad Qara gərəkdir ki, mənim günümdü qarə, Bu ad ay vəfalı dilbər, de görüm sana neçindir?
Sənə aşiq olsa hər kəs, olu qarəbəxt billah, Yox isə bu ad səninçün sənəma, şəha, neçindir?
Dili zəxmdar Seyyid yetə gər o qarə zülfə, Dəxi qarə lazım olmaz, ona bəs dəva neçindir?