Qaçan kim, qamətindən ayrı seyri-busitan etdim
Qaçan kim, qamətindən ayrı seyri-busitan etdim, Qoparıb əşk seylabilə min sərvi rəvan etdim.
Götürdüm, girdibadi-ah ilə gərdunə tapşırdım, Qübari-rəhgüzarın cövhərin gözdən nihan etdim.
Nişani-surəti-xubin verib, bütlər sücudində Fəsadi-e’tiqadin kafərin xatirnişan etdim.
Olub sərməst, qıldım nəş’eyi-zövqi-ləbin fikrin, Meyə rağib olanlar küfrünü xəlqə əyan etdim.
Görüb divarlərdə Kuhkən nəqşin, demin aşiq, Mənəm aşiq ki, tutdum dəşt, tərki-xaniman etdim.
Rəhi-eşqində ol gülrüx cigər qan etdigim bilmiş, Çəkər hər dəm mənə tiği-siyasət, sanki qan etdim.
Füzuli, şahibazi-övci-istiğına ikən, bilmən, Nə səhv etdim ki, bu viranə deyri-aşiyan etdim?
Lüğət: Əşk – göz yaşı; Kuhkən – Fərhad; dağçapan; İstiğına – vara qənaət etmə, nazlanma, ağr davranma; laqeydlik; Aşiyan – yuva, sığınacaq yeri