Qaçan ki, sünbüli-zülfün niqabı aya düşər
Qaçan ki, sünbüli-zülfün niqabı aya düşər, Qəmər səhaba girər, afitaba sayə düşər.
Düşürmüş aya saçın zillinivü kölgəsinə, Düşürmək ancılayın sayə şol hümaya düşər.
Qaşında gör ki, nə eynəl-yəqin imiş gizli, Ki, bigüman qalır ol kim, gözü bu yaya düşər.
Səba saçından utandı ki, nafeyi-Çindir, Məgər ki, silsiləsindən səba Xətaya düşər.
Xətadır əhsəni-təqvimi sevmək, aydır div, Bu höqqə asiyi gör kim, necə xətaya düşər.
Əgərçi zülfünə dami-bəla demiş aqil, Bu dama kim ki, gəlib düşmədi, bəlaya düşər.
Cahan müəttər olur hər səhər ki, badi-səba Gəlir bu həlqeyi-zülfi-əbirsaya düşər.
Gəda qatında vüsalın səadəti düşməz, Və gər düşərsə, mənim tək qəni gədaya düşər.
Əcəb şərabmış, ey saqiyi-əzəl, eşqin Ki, cuş edər içən anı nə huyü haya düşər.
Nəsimi yara ulaşdı, nə düşdü münkirə kim, Tutuşdu yürəyi yandı, yavuz qəzaya düşər.
Lüğət: Qəmər – Ay; Afitab – Günəş; Sayə – Kölgə; Şol – O; Eynəl – yəqin – Yəqin etmənin 2-ci (görmə) mərhələsi; Qəza – Yemək