Əsas məzmuna keç

Qəzəl

Pürşərab olsun həmişə uş bu cami-dustkam

Şah İsmayıl Xətai

1

Pürşərab olsun həmişə uş bu cami-dustkam, Məclis içrə düşməsün ol dust əlindən mey müdam.

Saqiya, ol cami sən doldur təmamət, sun bizə, Ömrü nöqsan olsun anın kim, dedi anı həram.

Badədən pürdür sürahi, damənində ol müdam, Sanasan güllər bitər pəhluyi-sərvi-xoş xuram.

Zəhi gülzari-müsəffa, zəhi cami-pür səfa, Ol bizə eylər təvazö, biz ana hər dəm salam.

Fikrü zikrüm hər dəm ol sultani-aləmdir mənim, Bu Xətayi xəstə anın Qənbərinə bir qulam.

Lüğət: Müdam – davamlı, həmişə; Sürahi – uzun boğazlı şərab şüşəsi; Müsəffa – saflaşdırılmış; Pür – dolu; Zikr – anma, söyləmə

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.