Əsas məzmuna keç

Qəzəl

Pərtövi-hüsnün pozubdur nuri-mehri-ənvəri

Seyid Əzim Şirvani

1

Pərtövi-hüsnün pozubdur nuri-mehri-ənvəri, Rövnəqi-hüsnündür ey mahım, cahanın zivəri.

Ayeyi-vəsssyf qaşındır bu yüzdən dəhr ara, Sabit eylər xəlqə həqqən Zülfüqari-Heydəri.

Bu pərirulərdir aləmdə müsəxxər nəlinə, Mur xəttim, ləblərindir ol Cəmin əngüştəri.

Şurə saldı püsteyi-xəndanın əhli-aləmi, Ey şəkərləb, qamətin göstərdi şuri-məhşəri.

Guşeyi-meyxanədə bəsdir bizə sınmış sifal, Çərxi-minanın əgər xurşiddən var sağəri.

Arizin cövhərdir, ol cövhər yanında gün ərəz, Hanı Əflatun ki, fərq etsin ərəzdən cövhəri.

Yusifim, gəl eyləmə munca cəfalər Seyyidə, Etmə rəncidə özündən xatiri-peyğəmbəri.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.