Əsas məzmuna keç

Qəzəl

Pərtövi-hüsnindən, ey dilbər, cahan pür nur olur

Şah İsmayıl Xətai

1

Pərtövi-hüsnindən, ey dilbər, cahan pür nur olur, Binəvadır kim, vüsalından həbibin dur olur.

Ey pəriru, sən mana hərgiz nəzər qılsan benaz, Müddəi bu qüssədən eynül-yəqin rəncur olur.

Zahidin cövründə gər viran olursa mülki-dil, Ğəm degil, cana, çü vəslindən yenə mə’mur olur.

Hüsni dövründə baxın hiç iltifat etməz mana, Kim görübdür mövsimi-gül bağban məqdur olur.

Təşnə dildir bu Xətayi, can veribdir lə’linə, Necə kim, lə’lin əsəldir, dil ona zənbur olur.

Lüğət: Pür – dolu; Həbib – dost; Dur – uzaq; Hərgiz – heç vaxt; Rəncur – incimiş; Dil – ürək; Mur – qarışqa; Hüsn – gözəllik; Təşnə – susuz; Zənbur – arı

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.